- Baxış sayı: 35
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

“Marca” ötən mövsüm meydanda ən çox dəqiqə keçirən futbolçuların reytinq cədvəlini tərtib edib.
Allsport.az xəbər verir ki, siyahıya “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde başçılıq edir.
Uruqvaylı oyunçu 6 000 dəqiqə həddini keçərək dünya rekorduna imza atıb. 27 yaşlı futbolçu “Real Madrid” və Uruqvay millisinin heyətində 72 oyunda 6 116 dəqiqə meydanda olub.
İkinci pillədə 5 796 dəqiqə ilə “Mançester Yunayted” və Portuqalıya yığmasının üzvü Brunu Fernandeş qərarlaşıb. İlk üçlüyü “Milan”ın və Fransa millisinin qapıçısı Mayk Menyan qapayır. O, 5 624 dəqiqə meydanda olub.