- Baxış sayı: 42
- 13 Mart 2026 23:43
- Baxış sayı: 220
- Mart 13, 2026
- 0

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək təklifi alıb.
Allsport.az xəbər verir ki, onun keçmiş komanda yoldaşı Kriştianu Ronaldunun oynadığı “Əl-Nəsr” fransalı futbolçuya ildə təxminən 50 milyon funt-sterlinq ödəməyə hazırdır.
30 yaşlı Varanın bu mövsüm “qırmızı şeytanlar”ın əsas heyətində daimi yeri yoxdur. Üstəlik, klub, şayiələrə görə, müdafiəçinin müqaviləsini daha bir mövsüm uzatmaq variantını aktivləşdirməkdən imtina edib.