- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

“Kremoneze”nin hücumçusu Ceymi Vardi “A” seriyasında “Kalyari”yə qarşı keçirilən matçda fərqlənərək, Avropanın “Top-5” liqalarında vurduğu qolların sayını 150-yə çatdırıb.
Allsport.az xəbər verir ki, 2012-2025-ci illərdə “Lester”in əfsanəsinə çevrilən 38 yaşlı forvardın bu göstəricisi maraqlı statistika ilə müşayiət olunur.
Belə ki, Vardinin 150 qolundan 116-sı onun 30 yaşından sonra vurduğu topların payına düşür.
2017-ci ilin yanvarından bəri bu qədər qol vuran futbolçular arasında yalnız 40 yaşlı Kriştianu Ronaldu ingilis hücumçudan daha yaşlıdır.
“Kremoneze” – “Kalyari” görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.