Vea “Marsel”ə gedir

“Yuventus” Timoti Veanı “Marsel”ə icarəyə verməyə razılaşıb.

Allsport.az xəbər verir ki, Fransa klubu 25 yaşlı yarımmüdafiəçini gələcəkdə mütləq transfer etmək öhdəliyi ilə bir illik icarəyə götürəcək.

“Qoca sinyora” ABŞ millisinin üzvünün icarəsindən 1 milyon avro, satışından isə 14 milyon avro gəlir əldə edəcək.

Həmin kateqoriyadan