Veanın keçidi rəsmiləşdi

“Marsel” “Yuventus”un hücumçusu Timoti Veanı transfer etdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, razılaşmanın təfərrüatları barədə məlumat yayılmayıb.

“Transfermarkt”ın məlumatına görə, Fransa klubu 25 yaşlı amerikalını bir mövsümlük icarəyə götürüb.

Daha əvvəl bildirilmişdi ki, sövdələşmədə oyunçunu mövsümün sonunda 14 milyon avroya (üstəlik 3 milyon bonus) almaq variantı olacaq və icarənin özü də “Marsel”ə 1 milyona başa gələcək.

Ötən mövsüm Vea “Yuventus”un heyətində bütün turnirlərdə 43 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan