Verner Avropadan gedir

“Leypsiq”in hücumçusu Timo Verner ABŞ-nin “San Xose Ertkveiks” klubuna transfer olmağa hazırlaşır.

Allsport.az xəbər verir ki, 29 yaşlı forvardın MLS təmsilçisinə keçidi yekunlaşmaq üzrədir.

Tərəflər arasında artıq tam razılıq əldə olunub. Hətta bir neçə həftə əvvəl Leypsiqdə klub rəsmiləri ilə futbolçu arasında gizli görüşün keçirildiyi bildirilir.

Vernerin Almaniya klubu ilə müqaviləsi 2025/2026 mövsümünün sonunda başa çatsa da, tərəflərin bu yanvarda transferin reallaşması üçün ortaq məxrəcə gəldiyi qeyd olunur

Həmin kateqoriyadan