- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
İslandiyanın “Hafnarfyordur” klubunun kapitanı David Vidarsson Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:
“Birinci hissədə oyunun bizim əlimizdə olduğu hiss edilirdi. Qol vurduq, önə keçdik. Amma ikinci hissədə azlıqda qaldıq, qol buraxdıq. Ondan sonra artıq hücuma getmək bizim üçün çətinləşmişdi”.
Vidarssonun sözlərinə görə, həmin həlledici epizod zamanı komandasının bəxti gətirməyib: “Meydanın mərkəzində topu itirdik. Rəqibin sürətli əks-hücumu zamanı qapıçımız Rober Oskarsson topa vaxtında yetişə bilmədi. Onun qırmızı vərəqə alması oyunun gedişatına çox böyük təsir göstərdi”.
Kapitan bakılıların oyununa və hakimin idarəçiliyinə də toxunub: “Bilirdik ki, rəqib komanda daha çox oyunun tempini aşağı salmağa çalışacaq. Amma biz hər şeydən daha çox isveçli hakim məyus etdi. Onun demək olar ki, bütün qərarları bizim əleyhimizə olurdu. O da ola bilər ki, hakimin qərarları düzgün imiş, sadəcə, məğlub olduğumuz üçün həmin qərarlar bizə səhv kimi görünür”.
“Hafnarfyordur”un lideri Bakıdakı cavab görüşündən də danışıb: “Bizi öncə çempionatda “Reykyavik”lə oyun gözləyir. Bu qarşılaşmada qalib gəlib, liderliyimizi möhkəmləndirmək (“Reykavik” lider “Hafnarfyordur”un əsas izləyicisidir – red.) və “İnter”ə məğlubiyyəti unutmaq istəyirik. Qarşıdakı hər iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.