- Baxış sayı: 23
- 08 Yanvar 2026 21:39
- Baxış sayı: 12
- Yanvar 05, 2026
- 0

“Çelsi” “Real Madrid”in hücumçusu Vinisius Juniorun transferi üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı braziliyalı futbolçu üçün 135 milyon funt-sterlinq (təxminən 156 milyon avro) ödəməyə hazırdır.
Ulduz futbolçu hazırda Madrid klubundakı mövqeyindən narazıdır və 2027-ci ilə qədər olan müqaviləsini yeniləməyi planlaşdırmır.
2018-ci ildən “kral klubu”nun şərəfini qoruyan Vinisius bu müddət ərzində 3-qat İspaniya çempionu və 2-qat çempionlar liqasının qalibi olub. O, “Real”la çıxdığı 347 rəsmi matçda 111 qol və 91 məhsuldar ötürmə ilə yadda qalıb.