Vinisius üçün 200 milyon avro

“Mançester Yunayted””Real Madrid”in futbolçusu Vinisius Junioru transfer etmək istəyir.

Allsport.az xəbər verir ki, Mançester təmsilçisi braziliyalı hücumçu üçün “kral klubu”na 200 milyon avroluq təklif hazırlayır.

“Qırmızı şeytanlar” Vinisiusu yeni dövrünün əsas oyunçusuna çevirmək fikrindədir.

“Mançester Yunayted” Vinisius üçün 200 milyon avro ödəsə, bu transfer İngiltərə çempionatının rekordu olacaq.

“Transfermarkt” portalının məlumatına görə, hazırda premyer liqa tarixinin ən bahalı alışı iyunda 125 milyon avro qarşılığında Almaniyanın “Bayer Leverkuzen” klubundan “Liverpul”a keçən Florian Virtsə məxsusdur.

Həmin kateqoriyadan