“Vinisiusu rahat buraxın”

“Real Madrid”in futbolçusu Eduardo Kamavinqa, komanda yoldaşı Vinisius Junioru tənqid etməsi barədə yayılan videonu təkzib edib.

Allsport.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Kamavinqanın “Hərəkət etməsən, topu itirəcəksən” dediyi və bu sözlərin Vinisiusa ünvanlandığı iddia olunurdu.

Fransalı yarımmüdafiəçi isə buna cavab olaraq: “Onu rahat buraxın, mən başqası haqqında danışırdım” — deyərək komandada daxili münaqişə olmadığını bildirib.

Həmin kateqoriyadan