Vlahoviçlə bağlı qərar verildi

“Yuventus”un hücumçusu Duşan Vlahoviç klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Allsport.az xəbər verir ki, serbiyalı forvardın mövcud sözləşməsi cari mövsümün sonunda başa çatır.

Bir neçə həftə öncə komandadan ayrılacağı və satış siyahısına qoyulacağı gözlənilən 26 yaşlı futbolçunun vəziyyəti kəskin şəkildə dəyişib. Yeni razılaşmaya əsasən, Vlahoviçin illik məvacibinin əlavələr daxil olmaqla 7 milyon avroya qədər endiriləcəyi gözlənilir. Dörd aylıq ağır zədədən sonra yaşıl meydanlara qayıtmağa hazırlaşan hücumçu bu həftəsonu “Udineze”yə qarşı keçiriləcək matçda iştirak edə bilər.

“Barselona” və “Bavariya” kimi nəhənglərin maraq dairəsində olan futbolçu ilə bir və ya iki illik qısamüddətli müqavilə imzalanması planlaşdırılır.

Həmin kateqoriyadan