- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

Latviya birinci liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Alberts”in qonağı olub. Qarşılaşma 5:1 hesabıyla futbolçumuzun klubunun xeyrinə başa çatıb. Əsgərov da bu oyunda dubla imza atmaqla yadda qalıb. O, 20 və 77-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, “1625 Liepaya” 15 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 6 xal geri qalır.