- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

Latviya birinci liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu “1625 Liepaya” komandası da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Tukums 2000” komandasının qonağı olub. Qarşılaşma futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əvvəlki turda dubla imza atan Vüqar bu oyunda da iki qol vurmaqla komandasının qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, Əsgərovun komandası hazırda 36 xalla dördüncü pillədə qərarlaşıb.