“Vüqar Həşimov memorialı indiyədək oynayacağım ən böyük və qapalı turnirdir”

“Vüqar Həşimov memorialında çıxış etmək qürurvericidir”. Allsport.az saytı xəbər verir ki, bu sözü yeniyetmələr arasında dünya və 2-qat Avropa çempionu, “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı deyib. O, turnirdə dünya səviyyəli şahmatçıların mübarizə apadığını bildirib:

“Bu yarış indiyədək oynayacağım ən böyük və qapalı turnirdir. Dünya səviyyəli şahmatçıların mübarizə apardığı bu yarışda oynamaq mənim üçün o qədər də asan olmayacaq. Əsas məqsəd gözəl oyun nümayiş etdirmək və özümü yaxşı tərəfdən göstərməkdir. Ən başlıcası isə turnirdə oynadığım hər saniyədən zövq almaq istəyirəm”.

Xatırladaq ki, o, klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya şahmat olimpiadasının qalibi olub.

Vüqar Həşimovun xatirə yarışı dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək.

Həmin kateqoriyadan