- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
U-19 millimizin baş məşqçisi Vüqar Məmməd Slovakiyada beynəlxalq turnirdə Macarıstan futbolçuları ilə oyunla bağlı fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, komandamızın 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
“Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi tərəfi oyunların hər gün keçirilməsidir. İstirahətə və bərpa keçməyə zaman qalmayacaq. Oyuna gəlincə, təəssüf ki, çox qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik.
Rəqib cərimə zərbəsindən sonra qol vurdu və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldı. Növbəti oyunlarda xarakter nümayiş etdirib daha yaxşı oyun göstərəcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin, çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.