- Baxış sayı: 55
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 128
- Dekabr 19, 2025
- 0


Millimizin baş məşqçisi Canni De Byazi “İctimai TV”də yayımlanan “Bol İdman” verilişinin qonağı olub. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis ona ünvanlanan “Vüsal İsgəndərli milliyə niyə dəvət almır?” sualını belə cavablandırıb:
“Bildiyiniz kimi bütün çempionat oyunlarını izləyirəm. Vüsal İsgəndərlinin yaxşı sürət və driblinqi var. Lakin onun bir az beynəlxalq səviyyədə təcrübəyə ehtiyacı var.
Vüsal daha çox fərdi yox, komanda üçün oynamalıdır, oyun zamanı azarkeş və ya kənardakılarla danışmamalıdır, bütün diqqəti meydanda olmalıdır”.