- Baxış sayı: 32
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Avstriyanın şərq regional liqasında mövsümə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Vyana “Qarabağ”ı son oyunda səfərdə “Noyzidl” ilə qarşılaşıb. Matç qonaqların 4:2 qələbəsi ilə bitib.
Azərbaycanlı futbolçulardan Dmitri Nağıyev, Elvin Bədəlov start heyətdə meydana çıxıblar və sonadək oynayıblar. Emil Fərzəliyev ehtiyatda qalıb.
“Qarabağ” mövsümü 56 xalla 16 komanda arasında 5-ci pillədə başa vurub. Vyana klubunun 2-ci liqaya düşmək üçün pley-off oyunlarına vəsiqə verən ilk dördlüyə düşməsinə cəmi 1 xal çatmayıb. Vyana “Austriya”sı 57 xalla 4-cü olub.