“Xəzri” ABL finalında “Sabah”ın rəqibidir

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.

Allsport.az xəbər verir ki,Pley-off ‘un yarımfinal mərhələsində, “Xəzri” və “NTD-İndiqo” komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən üstünlüyü “NTD-İndiqo” ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant “Xəzri” yekunda 86-81 hesablı qələbə qazanıb. Bu qələbə ilə “Xəzri” seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda “Sabah” ın rəqibi olub. “NTD-İndiqo” isə 3-cü yer uğrunda “Xırdalan” klubu ilə oyunlarda iştirak edəcək.

Ən məhsuldar basketbolçular: “Xəzri” (Cordan Perkins – 23 xal, 8 ötürmə), “NTD-İNDİQO” (Qeylen Smit – 22 xal, 12 götürmə).

Qeyd edək ki, “Xəzri” və “Sabah” klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.

Həmin kateqoriyadan