- Baxış sayı: 21
- 20 Yanvar 2025 18:29
- Baxış sayı: 155
- Yanvar 19, 2025
- 0
“Xəzər Lənkəran” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, cənub klubunun rəqibi Türkiyənin 3-cü liqa təmsilçisi “Niğdespor” olub.
Qarşılaşma cənubluların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qolu 34-cü dəqiqədə Rəşad Eyyubov vurub.
Qeyd edək ki, “Xəzər Lənkəran” meydana aşağıdakı heyətlə çıxıb: Pavel Kapsa, İlyas Səfərzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya.
İlk 45 dəqiqədə iki əvəzetmə olub. Kapsa ilə Skarlatakeni müvafiq olaraq Tərlan Qasımzadə ilə Elvin Mirzəyev əvəzləyib.
İkinci hissədə isə Qasımzadə, Eyyubov, Cavadov və Səfərzadə Orxan Sadıqlı, Elşən Rzazadə, Kazım Kazımlı və Mahsun Qəmbərli ilə əvəzlənib.