- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” hazırlıq çərçivəsində daha bir yoxlama matçı keçirib. Allsport.az xəbər verir ki, cənublular dördüncü sınağında qardaş ölkənin üçüncü liqa təmsilçisi “Dərincəspor”la qarşılaşıb.
Matç “ağ-yaşıllar”ın qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” daha öncə Türkiyənin üçüncü liqa klubu “Niğdəspor”a 1:0 hesabıyla qalib gəlmiş, Super Liqada çıxış edən “Kasımpaşa”ya 0:2 hesabıyla uduzmuş, “Kayserispor”la bərabərə qalmışdı – 1:1.
Yoxlama oyunu
24 iyul
“Xəzər Lənkəran” – “Dərincəspor” – 2:1 (1:1)
Qollar: Limam, 19 (1:0), 61 (2:1).
“Xəzər Lənkəran”ın start heyəti: Tərlan Qasımzadə, Maqsum Qəmbərli, Adrian Skarlatake, Rasim Ramaldanov, Tural Cəlilov, Dieqo Qusmao, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Elnur Cəfərov, Vüqar Nadirov, Limam İsaak.