- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0
Yeni mövsümə hazırlaşan “Xəzər Lənkəran”ın Türkiyə toplanışı başa çatıb. Allsport.az xəbər verir ki, cənub klubu bu gün vətənə qayıdacaq.
Yunis Hüseynov futbolçulara bir neçə günlük istirahət verəcək. Ayın 29-dan etibarən isə komanda yenidən məşqlərə start verəcək.
Qeyd edək ki, “ağ-yaşıllar” qardaş ölkədəki hazırlıq prosesi zamanı dörd yoxlama oyunu keçirib. Super Liqa təmsilçiləri “Kasımpaşa”ya 0:2 hesabıyla uduzan “Xəzər Lənkəran” digər elita təmsilçisi “Kayserispor”la bərabərə qalmışdı – 1:1. Qardaş ölkənin üçüncü liqa təmsilçiləri “Niğdəspor” (1:0) və “Dərincəspor”la qarşılaşmalar (2:1) isə cənubluların qələbəsi ilə bitib.