- Baxış sayı: 130
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0
Avqustun 9-da keçiriləcək “İnter”lə qarşılaşma ilə “Xəzər Lənkəran” 2015/16 mövsümünə start verəcək. Allsport.az xəbər verir ki, sayca 24-cü olan Azərbaycan çempionatı “ağ-yaşıllar”ın tarixində 12-ci olacaq. Premyer Liqada yarandığı 2004-cü ildə debüt edən komanda ilk oyununu 11 il əvvəl avqustun 7-də keçirib. Qazaxda “Turan”a qarşı keçirilən səfər oyunu 1:1 hesabı ilə nəticələnib. Albaniyalı Çöri İlir “Xəzər Lənkəran” tarixinə ilk qolun müəllifi kimi düşüb.
İlk mövsümdə “Neftçi” ilə eyni sayda xal toplayan “ağ-yaşıllar” çempionluğu Gəncədə keçirilən “Qızıl oyun”da (1:2) əldən versə də, debüt mövsümündə gümüş medallara yiyələnib. 2005/06 mövsümündə uğursuz çıxış edib, 7-ci yerlə kifayətlənən komanda növbəti çempionatda tarixinin ən böyük nəticəsini əldə edib. “Qızıl dubl”a imza atan Lənkəran klubu qızıl medalları son turda Qəbələdə rəsmiləşdirib. 2007-ci il mayın 23-də “Gilan” üzərində 3:0 hesablı qələbə hələlik yeganə olan çempionluğu qazandırıb. 2007/08, 2008/09 və 2009/10 mövsümlərində mükafatçılar sırasına düşə bilməyən komanda ardıcıl 3 dəfə 4-cü yerlə kifayətlənib. 5 il əvvəl dramatik sonluqla nəticələnən çempionatın qızıl medalları son turda əldən verilib.
2010/11 və 2011/12 mövsümlərində çempionluq mübarizəsi aparan “Xəzər Lənkəran” ardıcıl 2 dəfə gümüş medallara yiyələnib. Bununla da komanda Premyer Liqadakı mükafatlarının sayını 4-ə çatdırıb ki, bunların biri qızıl, üçü gümüşdür. Son üç mövsümdə isə “Xəzər Lənkəran” mükafatçılar sırasından uzaq düşüb. 2012/13 mövsümündə tarixinin ən uğursuz nəticəsini göstərib, 9-cü olan komanda ardınca 6-cı, sonra isə 7-ci yerlə kifayətlənib.
Cari mövsümə 5-ci mükafat uğrunda mübarizə üçün qatılan “Xəzər Lənkəran” indiyədək keçirdiyi 33 çempionat oyununda 157 qələbə qazanıb, 97 heç-heçə edib və 79 dəfə uduzub. 477 top vuran “ağ-yaşıllar” 287-ni buraxıb. Ev oyunlarında 166 matçda 93 qələbə, 50 heç-heçə və 23 məğlubiyyət qeydə alınıbsa, səfərdə eyni sayda görüşdə 64 qələbə, 47 heç-heçə və 55 məğlubiyyət alınıb. Öz meydanındakı matçlarda komandanın top fərqi daha yaxşıdır – 277:113. Səfərdə bu rəqəmlər 199-172-dir. Cənub təmsilçisi neytral meydandakı yeganə matçda 1:2 hesabı ilə yenilib.
“Xəzər Lənkəran”ın Premyer Liqadakı nəticələri
| Mövsüm | O | Q | H | M | TOP | X | nəticə |
| 2004/05 | 35 | 24 | 6 | 5 | 66-17 | 78 | II yer |
| 2005/06 | 26 | 9 | 9 | 8 | 27-18 | 36 | VII yer |
| 2006/07 | 24 | 17 | 5 | 2 | 50-16 | 56 | ÇEMPİON |
| 2007/08 | 26 | 14 | 10 | 2 | 44-16 | 52 | IV yer |
| 2008/09 | 26 | 15 | 5 | 6 | 49-21 | 50 | IV yer |
| 2009/10 – I mərhələ | 22 | 12 | 8 | 2 | 29-11 | 44 | – |
| 2009/10 – II mərhələ | 10 | 3 | 3 | 4 | 11-10 | 12 | IV yer |
| 2010/11 – I mərhələ | 22 | 14 | 5 | 3 | 28-12 | 47 | |
| 2010/11 – II mərhələ | 10 | 2 | 7 | 1 | 10-6 | 13 | II yer |
| 2011/12 – I mərhələ | 22 | 13 | 5 | 4 | 33-19 | 44 | |
| 2011/12 – II mərhələ | 10 | 4 | 3 | 3 | 11-9 | 15 | II yer |
| 2012/13 – I mərhələ | 22 | 7 | 7 | 8 | 32-27 | 28 | |
| 2012/13 – II mərhələ | 10 | 3 | 3 | 4 | 8-10 | 12 | IX yer |
| 2013/14 | 36 | 12 | 13 | 11 | 44-49 | 49 | VI yer |
| 2014/15 | 32 | 8 | 8 | 16 | 35-46 | 32 | VII yer |
| Cəmi | 333 | 157 | 97 | 79 | 477-287 | 568 |
“Xəzər Lənkəran”ın heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçular
| 1 | Rahid Əmirquliyev | 236 |
| 2 | Radomir Todorov | 142 |
| 3 | Alim Qurbanov | 130 |
| 4 | Kamran Ağayev | 122 |
| 5 | Rəşad Abdullayev | 115 |
| 6 | Elnur Abdullayev | 113 |
| 7 | Sadio Tounkara | 95 |
| 8 | Adrian Skarlatake | 86 |
| 9 | Elnur Allahverdiyev | 78 |
| 10 | Adrian Pit | 75 |
“Xəzər Lənkəran”ın heyətində Premyer Liqada ən çox qol vuran futbolçular
| 1 | Zaur Ramazanov | 33 |
| 2 | Samir Əliyev | 24 |
| 3 | İvan Tsvetkov | 22 |
| 4 | Rahid Əmirquliyev | 19 |
| 5 | Mario Souza | 18 |
| 6 | Oqtay Dərəlioğlu | 17 |
| 7 | Sadio Tounkara | 15 |
| 8 | Rəşad Abdullayev | 12 |
| 9-12 | Alim Qurbanov | 11 |
| Adrian Skarlatake | 11 | |
| Allan Lalin | 11 | |
| Etame Mbilla | 11 |
“Xəzər Lənkəran”ın Premyer Liqadakı baş məşqçiləri
| Baş məşqçi | O | q | h | m | Top | xal |
| Ağasəlim Mircavadov | 82 | 46 | 26 | 10 | 134-53 | 164 |
| Rasim Kara | 44 | 29 | 5 | 10 | 83-27 | 92 |
| Mirça Rednik | 47 | 24 | 16 | 7 | 58-34 | 88 |
| Yunis Hüseynov | 21 | 8 | 8 | 5 | 26-18 | 32 |
| Mustafa Dənizli | 20 | 8 | 7 | 5 | 31-27 | 31 |
| Viktor Pasulko | 13 | 7 | 6 | 0 | 19-5 | 27 |
| Con Toşak | 23 | 6 | 8 | 9 | 18-29 | 26 |
| İqor Ponomaryov | 13 | 7 | 3 | 3 | 25-9 | 24 |
| Oğuz Çətin | 17 | 6 | 5 | 6 | 24-21 | 23 |
| Nazim Süleymanov | 13 | 5 | 4 | 4 | 13-11 | 19 |
| Cüneyt Biçer | 8 | 5 | 1 | 2 | 13-4 | 16 |
| Karles Martorell Bakes | 10 | 3 | 2 | 5 | 13-16 | 11 |
| Elbrus Məmmədov | 14 | 2 | 2 | 10 | 11-25 | 8 |
| Emin Quliyev (icra edib) | 3 | 1 | 1 | 1 | 6-3 | 4 |
| Şenol Fidan (icra edib) | 3 | 0 | 1 | 2 | 0-2 | 1 |
| Hafiz Əliyev (icra edib) | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
| Covanni Melkiorre (icra edib) | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |