“Xəzər Lənkəran”a CAS-dan bəd xəbər gəldi

FİFA-nın “Xəzər Lənkəran”a tətbiq etdiyi transfer qadağası qüvvədə qalıb. Allsport.az xəbər verir ki, cənublular bu qadağanın ləğv olunması üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmişdi.

Amma sözügedən qurum cənubluların şikayətinə müsbət cavab verməyib. Belədə, FİFA-nın çıxardığı cəza qərarı avqustun 31-nə qədər qüvvədə qalacaq.

Bunu klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu sosial şəbəkədəki şəxsi hesabında bildirib: “Hörmətli azarkeşlər və media nümayəndələri. Bir neçə vaxtdır ki, Ali Arbitraj Məhkəməsinin qərarını gözləyirik. Təəssüf ki, qərar xeyrimizə olmadı və transfer qadağası 31 avqusta qədər davam edəcək. Cari mövsümün ilk üç oyununda bizə nə qədər agir olsa da, bu böyük camiə ilə çətinlikdən çıxacağımiza əminəm”.

Qed edək ki, “Xəzər Lənkəran” bu yay Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Vaqif Cavadov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini heyətinə qatıb. Amma cənub klubu onları yalnız sentyabrın 1-də sifariş ərizəsinə daxil edə biləcək. Bir sözlə, “ağ-yaşıllar” çempionatın ilk üç turunda yeni transferlərinin xidmətindən yararlana bilməyəcək. Hansı ki, cənublular ilk turda “İnter”, ardından isə “Sumqayıt” və “Rəvan”la qarşılaşmalıdır.

Həmin kateqoriyadan