Xəzərdə dövrə vurublar

Gənclər və idman nazirliyi ilə Azərbaycan su idman növləri federasiyasının birgə təşkilatçılığı ilə martın 21-də Novruz bayramı şənliyi keçirilib.

Allsport.az xəbər verir ki, Bakı bulvarında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan bayrağını daşıyan skuterlər Xəzər dənizində dövrə vurublar.

Daha sonra ardıcıl olaraq yelkənli qayıqlar, kayak, kanoe, akademik avarçəkmə və draqon qayıqlarının sıralı keçidi baş tutub. Bulvar ərazisində isə yelkənli qayıq və avarçəkmə üçün xüsusi konseptli trenajor alətlərində şəhər sakinlərinə özlərini sınama imkanı yaradılıb. Tədbir zamanı uşaqlar üçün əyləncəli viktorinalar və master-klaslar da təşkil edilib.

Həmin kateqoriyadan