- Baxış sayı: 36
- 09 Fevral 2026 23:39
- Baxış sayı: 168
- Fevral 09, 2026
- 0
Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşan “Xəzər”in Antalyadakı təlim-məşq toplanışı yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 1-ci divizion klubu ötən gün Vyana “Qarabağ”ı ilə sonuncu yoxlama oyunu na çıxıb. Görüş rəqibin 1:0 üstünlüyü ilə bitib.
Elşad Əhmədovun komandası toplanışa məhz bu oyunla yekun vurub. “Xəzər” Antalyada bütövlükdə 5 yoxlama görüşü keçirib. 3 oyunda Bakı klubu qalib gəldiyi halda, 2 oyunda da rəqibləri üstün oldular. Rəqib qapılarından 8 top keçirən “birincilər” eyni sayda da qola üzüldülər.