Xaçmazda “Live Your Goals” festivalı keçirilib

Xaçmaz Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunub. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov və U-21 qızlar yığmasının üzvü Aysun Əliyeva iştirak ediblər.

Qeyd edək ki, “Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri 2012-ci ildən keçirilir. Festival həmin il martın 12-də “Dalğa Arena”da, aprelin 30-da Zaqatalada, iyunun 8-də Qubada, iyulun 28-də Şəkidə, avqustun 30-da Masallıda, həmçinin sentyabrın 18-də Bayıl stadionunda müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.

2014-cü ildə isə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində təşkil olunub.

Həmin kateqoriyadan