“Xankəndi”nin qış hazırlıq planı

2-ci liqanın 2-ci dövrəsinə hazırlıqlarını davam etdirən “Xankəndi” 15 yanvarda bir araya gələcək və paytaxtda yerləşən “Neftçi baza”da 10 günlük təlim-məşq keçəcək. Allsport.az saytı xəbər verir ki, toplanış çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Hazırlıq həm fiziki, həm də taktiki baxımdan komandanın 2-ci dövrədə yüksəlməsinə xidmət edəcək. Təlim-məşq eyni zamanda seleksiya xarakteri daşıyacaq. Bu müddət ərzində məşqçilər heyəti tərəfindən yeni futbolçuların baxışdan keçirilməsi nəzərdə tutulur.

Yeni transferlərlə bağlı əlavə məlumatlar klubun mətbuat xidməti tərəfindən ictimaiyyətə təqdim olunacaq.

Həmin kateqoriyadan