- Baxış sayı: 31
- 20 Dekabr 2024 23:54
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
“Qəbələ” premyer liqanın 6-cı turunda səfərdə “Turan Tovuz” ilə 2:2 oynadı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların 2-ci məşqçisi Xaqani Məmmədov bunu dedi:
“Çətin oyun oldu. Rəqibi yaxşı tanıyırdıq. O üzdən komandanı kökləmişdik. Meydanın süni olması işimizi çətinləşdirirdi.
İlk hissəsi zəif keçirdik. Elə 2-ci yarıda da yaxşı başlamadıq – qapımızda 2 qol gördük. Sevindiricidir ki, ruhdan düşmədik, geridönüş edib hesabı bərabərləşdirdik.
Futbol emosiyalarla zəngindir. Bu üzdən hakimlər bizi anlamalıdır. Baş hakim Səlahət Ağayevi söyməyimlə bağlı deyilənlər yalandır. Sadəcə, dedim ki, kömək edirsənsə, kişi kimi kömək et. Ayrı heç nə olmadı”.
K.HACI