- Baxış sayı: 17
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Hücumçu Xese “Las Palmas”a keçib.
Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu ilə imzalanan müqavilə növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.
“Real Madrid” akademiyasının yetirməsi və əsas komandanın keçmiş oyunçusu artıq 2017-ci ildə, eləcə də 2021 və 2022-ci illərdə “Las Palmas”da çıxış edib.
Xese əvvəllər PSJ, “Stok Siti”, “Real Betis”, “Sportinq”, “Ankaragücü”, “Sampdoriya” və “Koritiba” klublarında çıxış edib. O, son olaraq Malayziyanın “Cohor Darul Takzim” komandasında oynayıb.