”Xilasedici” evdə uduzub

Kişi voleybolçuların yüksək liqasında XV turun son oyunu keçirilib. Allsport.az xəbər verir ki, FHN-in idman zalında baş tutan qarşılaşmada “Murov Az Terminal” komandası “Xilasedici”nin qonağı olub.
Maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada oyunun taleyi tay-brekdə həll olunub. Nəticədə “Murov Az Terminal” komandası 3:2 hesabı ilə qalib gələrək aktivinə vacib xallar yazdırıb.

28 fevral
Yüksək liqa (kişilər) | XV tur
“Xilasedici” – “Murov Az Terminal” 2:3 (25:19, 25:19, 28:30, 23:25, 12:15)

Həmin kateqoriyadan