- Baxış sayı: 15
- 06 Aprel 2026 11:58
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

Xüsusi olimpiya komitəsi ilə badminton federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanın əsas məqsədi əqli imkanları məhdud şəxslərin badminton vasitəsilə reabilitasiyasını və fiziki-psixoloji inkişafını dəstəkləmək, idmançılar üçün əlçatan və sağlam mühit yaratmaq, həmçinin inklüziv idmanın inkişafını təşviq etməkdir.
Sənəd çərçivəsində tərəflər ölkədə badmintonun inkişafı, əqli imkanları məhdud şəxslərin bu idman növünə cəlb olunması, birgə layihə və proqramların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, maarifləndirici tədbirlərin, təlim və seminarların təşkili, məşqçilər və mütəxəssislər üçün peşəkar inkişaf imkanlarının yaradılması da nəzərdə tutulur.
Sözləşməni XOK-un prezidenti Mövlud Mirəliyev və ABF-in baş katibi Əjdər Cəfərov imzalayıblar.