XXI əsrdə ən məhsuldar sıralama

Premyer liqada məhsuldarlıq davam edir. Allsport.az saytı xəbər verir ki, XXVI turda 23 qol vurulub. Orta məhsuldarlıq 3,83-ə bərabərdir.

Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.

III dövrənin başından yaşanan bu məhsuldarlıq sıralaması Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.

Daha uzun zolaq 2000/01 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.

Həmin kateqoriyadan