Yəhudi icması ilə tarixi əlaqələri səbəbindən Kanye Uestin istəyini rədd edib

“Tottenhem” Kanye Uestə öz stadionunda konsert verməsinə icazə verməyib. Allsport.az saytı xəbər verir ki, reperin nümayəndələri “Xotspur” arenasında bir sıra konsertlər keçirmək istəyiblər, lakin London klubu yəhudi icması ilə tarixi əlaqələri səbəbindən onların təklifini rədd edib.

Kanye Uest əvvəllər bir sıra antisemit açıqlamalar verib və Adolf Hitler haqqında müsbət fikirlər səsləndirib. O, mahnılarından birini nasist liderinə həsr edib.

İyul ayında reper London festivalda çıxış edəcək; onun tərəfi “Spurs” tərəfindən rədd edildikdən sonra tədbirin təşkilatçılarına müraciət edib.

Həmin kateqoriyadan