- Baxış sayı: 75
- 17 Dekabr 2025 14:55
- Baxış sayı: 75
- Dekabr 17, 2025
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – “Qəbələ” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.