- Baxış sayı: 47
- 17 Dekabr 2024 18:32
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
İsveçrənin “Yanq Boyz” klubunun idman direktoru Fredi Bikel Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundakı məğlubiyyəti (0:1) şərh edib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu məğlubiyyət bir daha klubumuzun necə ağır vəziyyətdə olduğunu göstərir. Oyunçularımız əsəbidirlər, öz güclərinə inamları yoxdur. Buraxılan qoldan sonra ümumiyyətlə heç nə ilə yadda qalmadılar. Bu məğlubiyyətə görə çox üzgünəm. Çünki oyunçularımızın uğur qazanmağı istədiklərini, lakin buna nail ola bilmədiklərini görürəm. Düzdür, hələ Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün şansımız qalır. Harald Qamperleyə gəlincə, o, komandanı müvəqqəti olaraq çalışdırmağa davam edəcək”.