Yaponiyalı qapıçı uğrunda mübarizə

“Parma”nın və Yaponiya millisinin qapıçısı Sion Suzuki karyerasını İngiltərə premyer liqasında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçunun transferində “Mançester Yunayted” və “Vest Hem” klubları maraqlıdır.

Bir il əvvəl “Parma” yapon oyunçunu Belçikanın “Sent-Truyden” klubundan 8,2 milyon avroya alıb. İndi onun bazar dəyəri 20 milyon qiymətləndirilir.

Ötən mövsüm Suzuki “A” seriyasında 37 oyun keçirib.

Həmin kateqoriyadan