- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Neftçi”nin baş məşqçisi Samir Abbasov “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, o, bəxtlərinin gətirmədiyini deyib:
“Qol epizodları yaratdıq, amma əfsuslar olsun ki, bu gün bəxtimiz də gətirmədi. Nəinki bu gün, digər iki oyunda da 100 faizlik qol fürsətlərini boşa vermişdik. Keçən matçla müqayisədə komandamız bu gün çox dinamik və ritmli idi, amma qol buraxmağımız planları pozdu. Bununla belə, qoldan sonra da təzyiqi sona kimi davam etdirdik. Futbolçularımız qol vurmaq, qələbə qazanmaq üçün çox istəkli idilər. İkinci hissədə isə qırmızı vərəqə ilə planlarımız pozuldu. Əlbəttə, 10 nəfərlə qalanda rəqibdən əks-hücum da görəcəksən, amma müdafiəçilərimiz vəzifələrinin öhdəsindən çox soyuqqanlı və məharətlə gəldilər. Bu gün qapımızda bir epizod görmədən məğlub olduq. Futbolçulara istəyə, dinamikaya, sürətə çox təşəkkür edirəm. Düşünürəm ki, yaxşı işlər görməyə qadirik. Bu gün bu siqnalı futbolçulardan aldım”.