Yığma üzvləri Latviya futbolçuları ilə yoxlama oyunu barədə
8 iyun 2018 / 22:55 Baxış sayı: 1009 Sabah “ay-ulduzlular”ımız Riqada Latviya futbolçuları ilə yoxlama görüşünə çıxacaq. Allsport.az saytı xəbər verir ki, oyundan öncə 3 milli üzvü affa.az-a öz fikirlərini bildiriblər:
Təmkin Xəlilzadə: “Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudur. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.
Amil Yunanov: “Sabah bizi çətin sınaq gözləyir. Millətlər Liqasından öncə son sınağımızdır. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.
Mahir Mədətov: “Rəqibin oyununu analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Səfərdə oynayırıq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.