Yığmamız Ukrayna ilə bacarmayıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa liqasında növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, komandamız Bakıda təşkil olunan 1-ci tur çərçivəsində bu gün Ukrayna yığması ilə üz-üzə gəlib.

GİN-in voleybol mərkəzində təşkil edilən qarşılaşmada qonaq komanda 3:0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, millimiz hər iki oyunda məğlub olaraq 1-ci turu xalsız başa vurub.

Qeyd edək ki, növbəti oyunlar 24-26 may tarixlərində Belçikada təşkil olunacaq. Rəqiblərimiz meydan sahibi və Şimali Makedoniya yığması olacaq.

I tur (Azərbaycan)
19 may
Azərbaycan – Ukrayna 0:3 (16:25, 16:25, 23:25)

Həmin kateqoriyadan