- Baxış sayı: 93
- 19 İyul 2024 18:34
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.
Allsport.az xəbər verir ki, futbolçuların yeni dəstinin – kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb.
Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. “Elə bil yasa gediblər” – deyə onlar bildiriblər.
Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla “Avro-2020″nin səfər matçından əvvəl geyiniblər.