Dünya kuboku üçün heyət

Azərbaycan millisinin akrobatika üzrə dünya kuboku üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, Portuqaliyanın Maya şəhərində keçiriləcək yarışda 10 idmançı təmsil edəcək.

Qarışıq cütlərin yarışında Ağasif Rəhimovla Raziyyə Seyidli və Sabir Ağayevlə Milana Əliyeva mübarizə aparacaqlar. Daniyel Abbasov və Murad Rəfiyevdən ibarət duet kişi cütlərin yarışına qatılacaq.

Kişilərdən ibarət qrupların mübarizəsində isə Riad Səfərov, Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Rəsul Seyidlinin yer aldığı komandamız çıxış edəcək. Gimnastlarımız yarışa məşqçilər İradə Qurbanova və Leyla Əliyevanın rəhbərliyi altında qatılacaqlar.

Həmin kateqoriyadan