- Baxış sayı: 39
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Qadın basketbolçulardan ibarət 3×3 Azərbaycan yığmasının Serbiyadakı təlim-məşq toplanışı yekunlaşıb.
Allsport.az xəbər verir ki, milli Paris-2024 yay olimpiya oyunlarının təsnifat mərhələsinə hazırlaşır.
Təlim-məşq toplanışında komandanın üzvləri Dina Ulyanova, Tatyana Deniskina, Aleksi Mollenhauer və Mersedes Uolker iştirak ediblər. Sabah Bakıya dönəcək yığma martın 23-24-də Fransanın Tuluza şəhərində hazırlıq turnirində iştirak edəcək. Bundan sonra Serbiyaya yollanacaq millinin martın 26-da növbəti təlim-məşq toplanışı start götürəcək.
Qeyd edək ki, olimpiya təsnifat turniri aprelin 12-14-də Novi-Sadda (Serbiya) baş tutacaq.