- Baxış sayı: 37
- 25 Mart 2026 22:56
- Baxış sayı: 207
- Mart 25, 2026
- 0

“Milan” daha bir futbolçusu ilə yolunu ayırıb.
Allsport.az xəbər verir ki, “rossonerilər” hücumçu Luka Yoviçlə vidalaşıb.
Milan təmsilçisi 28 yaşlı serbiyalı ilə başa çatan müqaviləni yeniləməyib.
Yoviç 2023-cü ildən “Milan”ın şərəfini qoruyurdu. O, komanda ilə meydana çıxdığı 47 oyunda 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.