- Baxış sayı: 37
- 26 İyul 2024 11:02
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərimiz 1 gümüş, 3 bürünc medal qazanıb. 93 xal toplayan millimiz komanda hesabında dünya 2-cisi olub!
Komandamız bu nəticəylə 2 göstəricisini yaxşılaşdırıb. 2017-ci ildən keçirilən bu yarışda ilk dəfə 2-ci yeri tutan yunan-Roma güləşçilərimiz həm də komanda hesabında toplanan xallara görə özünün ən yaxşı nəticəsinə yetişib.
DÇ-də Xasay Həsənli (77 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Ruslan Nurullayev (72 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medal qazanıblar.