Yunan-Roma güləşçilərimizdən Avropa çempionatında rekord!

Rumıniyanın paytaxtı Buxarestdə qitə çempionatında yunan-Roma güləşçilərin mücadiləsi sona yetib. Allsport.az saytı xəbər verir ki, millimiz növbəti dəfə rekorda nail olub.

3 qızıl, 2 gümüş və 1 bürünc medala yetişən bahadırlarımız əyara görə Avropa çempionatlarında ən yaxşı nəticəsini göstərib. Komandamız ilk dəfə bu yarışda 3 qızıl mükafata yiyələnib.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi ilə Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Avropa çempionu olublar. Rəşad Məmmədovla (55 kq) Ülvi Qənizadə (72 kq) 2-ci və Beka Kandelaki (130 kq) 3-cü yer tutublar.

60 kq, 67 kq və 130 kq çəki dərəcələri olimpiya proqramına daxildir.

Yığmamız 142 xalla ardıcıl 2-ci dəfə yekun sıralamada 2-ci pillədə qərarlaşıb, çempion Türkiyədən cəmi 5 xal geri qalıb.

Həmin kateqoriyadan