Yuri Maksimov “Keşlə”dən ayrılacağını təsdiqləyib
14 mart 2018 / 10:00 Baxış sayı: 1383 “Keşlə”nin baş məşqçisi Yuri Maksimov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olmadığını təsdiqləyib. Allsport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis bunu “CBC Sport” kanalına açıqlamasında deyib.
O, dünən “Qəbələ” ilə 1:1 başa çatan matçdan sonra canlı efirdə danışıb: “Bunun səbəbi var idi. Amma həmin səbəblər haqqında danışmaq istəməzdim”.
Qeyd edək ki, mütəxəssis premyer liqanın ötən turunda “Neftçi”yə məğlubiyyətdən sonra istefa verəcəyi haqda məlumat yayılmışdı. Sonradan bəlli olub ki, o, bu fikrə klubun müşahidə şurasının sədri Zaur Axundovun paltardəyişmə otağında futbolçuları təhqir etməsindən sonra gəlib.