- Baxış sayı: 34
- 01 Fevral 2023 16:15
- Baxış sayı: 16
- Fevral 02, 2023
- 0
Voleybol federasiyası və dövlət bədən tərbiyəsi və idman akademiyasının ali təhsil ocağının ümumi və ixtisas kurslarının oğlan və qız tələbələri arasında birgə keçirdiyi və 8 noyabr – Zəfər gününə həsr edilən voleybol turnirinin mükafatlandırması olub.
Allsport.az saytı xəbər verir ki, tədbirdə AVF-nin baş katibi Fərid Xəlilov, AzDBTİA-nın idman işləri üzrə prorektoru Fərid Mansurov, elmi katib Bəxtiyar Rüstəmov və idman oyun növləri kafedrasının müəllimləri iştirak ediblər.
Yarışın nəticəsinə əsasən 1-2-ci yerləri tutmuş oğlan və qızlardan ibarət komandalar AVF tərəfindən pul mükafatı, AzDBTİA tərəfindən diplomla təltif ediliblər.