Zədəsinə görə klubdan göndərildi

“Zenit” basketbol klubu amerikalı mərkəz oyunçusu Noa Vonle ilə müqaviləni ləğv edib.

Allsport.az xəbər verir ki, buna səbəb 30 yaşlı basketbolçunun ciddi zədə almasıdır.

Məlumata görə, Vonle ötən ilin dekabrında “İgokea”ya qarşı oyuna hazırlıq zamanı axill vətərindən zədə alıb və uzun müddətə sıradan çıxıb. Klub rəhbərliyi müalicə prosesinin qeyri-müəyyən müddət çəkəcəyini nəzərə alaraq, 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulan müqaviləyə xitam vermək qərarına gəlib.

Həmin kateqoriyadan