- Baxış sayı: 38
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
Zaqatalanın “Simurq” klubunun futbolçusu Draqan Çeran Topaz Premyer Liqasında yubiley qolunu vurub. Allsport.az xəbər verir ki, 34-cü turun “Bakı” ilə ev oyununda dubla imza atan serbiyalı 25-ci dəfə fərqlənib.
Ötən mövsüm 31 matçda 11 qol vuran hücumçu cari çempionatdakı 25-ci oyunda 14-cü dəfə rəqib qapısına yol tapıb. 25-ci qolunu vuran Draqan “Simurq”un Premyer Liqada ən məhsuldar futbolçusu Vladimir Mazyarın rekorduna da yaxınlaşıb. Ukraynalıdan 3 top geri qalan Çeran bu siyahıda 2-cidir.