- Baxış sayı: 38
- 08 Noyabr 2026 10:36
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Fevralın 5-də İspaniya kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.
Allsport.az xəbər verir ki, səfərdə “Betis”i 5:0 hesabı ilə darmadağın edən Madridin “Atletiko” klubu adını turnirin ən güclü dörd komandası sırasına yazdırıb.
Daha əvvəl “Barselona”, “Real Sosyedad” və “Atletik Bilbao” klubları yarımfinala vəsiqə qazanmışdılar.
Yarımfinal mərhələsinin cütlükləri keçiriləcək püşkatmadan sonra bəlli olacaq.